AKGÜN Gələcəyə İşıq Tutan Tədqiqat və İnkişaf Lahiyələriylə İlklərə İmza Atmağa Davam Edir: Ağciyər Görünüşlərini Kompüter Dəstəkli Diaqnozu Sistemi
Yayınlanma Tarihi: 01.03.2014 | Son yeniləmə tarixi: 14.11.2014

AKGÜN, Ağciyər X-Ray görünüşlərini Kompüter Dəstəkli diaqnozu Sistemi ilə Sağlamlıq Xidmətlərinin göstərilməsində yeni bir dövr açdı!

Sektora istiqamət verən AKGÜN, Türkiyədə bir ilki daha reallaşdıraraq uzun araşdırma və inkişaf etdirmə tədqiqatları (AR-GE) nəticəsində Ağciyərin X-ray görüntülənməsinin kompüter dəstəkli diaqnozu layihəsini həyata keçirmişdir. Bu sayədə ağciyərin x-ray görüntülərində radyologlara ikinci görüş dəstəyi təqdim etmək üzrə avtomatik nodül təsbitetmə sistemi reallaşdırılmış oldu. AR-GE dəstəyi ilə inkişaf etdirilən bu layihə nəticəsində Türkiyədə sağlamlıq xidmətləri təqdim olunmasında yeni bir cığır açılmış oldu.

Niyə belə bir layihəyə ehtiyac duyuldu?

Klinik tədqiqatlarda 16% xərçəngli xəstələrin erkən dövrdə aşkar edilməsi və müvafiq diaqnozun qoyulması pasientlərin 5 il yaşamaq şanslarının 3 dəfə çoxalmasına gətirib çıxarmışdır. [1]

Digər tədqiqatda ; [2]

  1. Ağciyər xərçəngi xəstələrə köhnə grafilerineretrospektif olaraq baxanda bunlarda təxmini 90% gecikmiş lezyonların görünməsi hesabatda qeyd edilmişdir.
  2.  P-A ağciyər grafilerində tapılan və diametrləri 7 mm ətrafında olan düyümlər radyoloqlar tərəfindən görülmə şansı təxminən 50%-dir. (Bu nisbət əhəngləşməmiş düyümlər üçün etibarlıdır). Bu da bu ölçülərdəki düyümlərin təxminən yarısının görünməməsi deməkdir.
  3. Orta diametri 2.5 sm-ə çatmış ağciyər xərçənglərində 5 illik yaşama şansı təxmini 13% ikən, erkən mərhələdə (Mərhələ) ağciyər xərçənglərində 5 illik yaşama şansı 70%-ə qədər çıxmaqdadır.
  4. Həkimlər tərəfindən diaqnozu qoyulmamış (gecikdirilmiş) ağciyər xərçəngi faktları, ABŞ-da radioloqlar haqqında ən çox təzminat iddiaları qaldırılmış ikinci məhkəmə tibbi ekspertiza kateqoriyasıdır.

Bu tədqiqatlar onu göstərməkdədir ki, nəzərdən qaçırılan düyüm faktları həddən çoxdur və bu simptomlar xəstələrdə çox gec mərhələdə müşahidə edilməkdədir. Bu tədqiqatlar ABŞ-da reallaşdırılmış olsa da xəstəliklə bağlı ümumi vəziyyət heç də ölkəmizlə müqayisədə ürəkaçan deyi.

BDT Sisteminin İstifadəsi Necə Olmalıdır?

Radioloq ilk məhhələdə BDT sisteminin təsirində qalmamaq üçün BDT sistemini işlətmir və müşahidə nəticələrinə əsaslanan alışılmış şərhlər verir. Daha sonra BDT sistemini işlədərək hər iki vəziyyəti müqayisə edir. BDT sistemi müşahidə nəticəsində tapdığı anormal nəticələri qeyd edir. Radioloqlar bu nəticələri təsdiq etdikdə PACS’de arxivləyir. BDT sistemi dicom standartlarında xəbərləşir və bu məlumatlar hər hansı Xəstəxana Məlumat Sistemləri standartları çərçivəsində inteqrasiya oluna bilər.

Nəticə olaraq, istər texnolojii, istər də bioloji məhdudiyyətlər görüntülər üzərində düyümlərin müəyyən edilməsinə maneə yaratmaqdadır. AKGÜN-ün ölkəmizdə bir ilk olaraq reallaşdırdığı sistem ilə ağciyərin x-ray müşahidəsində düyümlərin (nodule) müəyyən edilməsi radioloqlara ikinci bir göz olaraq köməkçi olacaq və sağlamlıq xidmət tətbiqinin keyfiyyətini artıracaqdır.

([1] Amerika Cancer Society Cancer Facts and Figures 2009, [2] Mayo lung cancer screening project).


üst

Akgün Yazılım © 2017