AKGÜN, məhsullarının beynəlxalq standartlara uyğunluğunu IHE Connectathon 2014-də bir daha sübut etdi!
Yayınlanma Tarihi: 22.05.2014 | Son yeniləmə tarixi: 09.06.2014

AKGÜN, 7-11 Aprel tarixlərində Vyanada təşkil edilən IHE Connectathon konfransında PACS Server, PACS Workstation və Radioloji Məlumat Sistemi məhsulları ilə böyük müvəffəqiyyətə imza atmış və məhsullarımızın IHE standartlarına uyğunluğunu bir daha sübut etmişdir. Bu sayədə məhsullarımız Səhiyyə Nazirliyinin tələb etdiyi 6 standartı qarşılamaqla qalmamış eyni zamanda məhsullarına 11 yeni standartı əlavə etməklə dünya standartı məhsullara sahib olduğunu bir daha sübet etmişdir.

IHE (Integrating the Healthcare Enterprise – Səhiyyə Müəssisələrinin İnteqrasiyası), səhiyyə sektorundakı kompüter sistemlərinin səhiyyə məlumatlarının mübadiləsi metodlarının inkişaf etdirilməsi məqsədilə səhiyyə xidməti təqdim edən peşəkarlar və səhiyyə sektoru tərəfindən başladılan bir təşəbbüsdür. IHE, DICOM və HL7 kimi standartların klinika ehtiyaclar istiqamətində cihazlar və sistemlər arasındakı xəbərləşmədə istifadə edilməsini təşviq etmək məqsədilə yaradılmışdır. Beləcə IHE standartında yaradılan bir sistemin başqa bir sistemlə xəbərləşməsi daha asan olmaqla qalmayacaq həmçinin quraşdırma zamanını sürətləndirməklə xidmət göstərənlərə məlumatı daha effektiv ötürəcəkdir. IHE, aktyor olaraq təyin edilən rollarda müəyyən edilən bütün əməliyyatları nəticələndirmək məcburiyyətindədir. Connectathon, iştirakçıların məhsullarının IHE profilinə uyğunluğunu və birlikdə işləməyin mümkünlüyünü göstərən çox əhəmiyyətli tədbirdir.

Connectathon, Asiya, Avropa və Şimali Amerikada hər il keçirilir. Yüzlərlə istehsalçı firmanın qatıldığı Connectathon tədbiri bir həftə davam etməkdədir. Bu il 7-11 aprel tarixlərində Vyanada təşkil edilən Connectathon tədbirinə qatılan şirkətimiz PACS Server, PACS Workstation və Radioloji Məlumat Sistemi məhsullarıyla test yoxlanışlarına qatılmışdır.

Bunun nəticəsində də PACS Server, Workstation və RIS məhsullarının Connectathon Vyana 2014 IHE test yoxlanışlarında keçirilən test sayı cəmi 17 olmuşdur. Qrupumuza və dəstəkləri üçün bütün işçilərimizə təşəkkür edirik.


üst

Akgün Yazılım © 2017