AKGÜN Rəqəmsal Xəstəxana Həlləri
Yayınlanma Tarihi: 24.07.2013 | Son yeniləmə tarixi: 31.10.2013

digitalhastaneBir ölkədəki ictimai rifahın və inkişaf səviyyəsinin ən əhəmiyyətli göstəricilərindən biridə vətəndaşlara təqdim edilən sağlamlıq xidmətinin keyfiyyətidir. Sağlamlıq xidmət keyfiyyətinin təmin edilməsində ən əhəmiyyətli faktorlardan biri də informasiya və kommunikasiya texnologiyalarının nə dərəcə istifadə edildiyidir. Bunun işığında Rəqəmsal Xəstəxana anlayışı səhiyyə sistemində əhəmiyyətli bir yer işğal etməkdədir.

Rəqəmsal Xəstəxana Nədir?
Rəqəmsal Xəstəxana, Sağlamlıq təşkilatın içərisindəki tibbi və ya tibbi olmayan hər cür məlumat və görüntünü sənədsiz və filmsiz olaraq saxlandığı, çatdırıldığı və paylaşıldığı xəstəxana olaraq təyin oluna bilər.
Akgün Rəqəmsal Xəstəxana Həlli:

Rəqəmsal xəstəxananın məqsədi, xəstələrə ən yaxşı sağlamlıq baxım xidmətini təqdim etmək, tanı, müalicə və dərman istifadəsinə dair səhvlərin qarşısını almaq, iş müddətlərini optimallaşdırmaq və avtomatik etmək, material israfın azaldaraq xəstəxanaların maddi və insan qaynağını ən ideal şəkildə istifadəsini təmin etməkdir.

Beləliklə, Akgün’ün sahib olduğu və eyni zamanda Rəqəmsal l Xəstəxana anlayışı çərçivəsində olması lazım olan bəzi texnologiyalar;
• Xəstəxana Məlumat Sistemi (XMS)
• Görüntü Arxivləşdirmə və Ünsiyyət Sistemi (PACS)
• Xəstəxana Görüş Sistemi (SMS, web, WAP, zəng mərkəzi vs)
• Mobil Proqramlar (Tablet PC, MCA, Smart Telefon və s)
• Klinika Qərar Dəstək Sistemləri
• Kompüter Dəstəkli diaqnoz sistemi
• Elektron Sənəd İdarə sistemi
• RFID / Barkod ilə xəstə, cihaz, dərman təqib sistemləri
• Xəstə başı ekranlar
• Teletibb
• Kabelsiz şəbəkə
• Məlumat / Səs / Görüntü texnologiyaları
• Ağıllı binalar
olaraq sıralana bilər.

 


üst

Akgün Yazılım © 2017