BIHE – 2013 Sağlamlıq Sərgisində AKGÜN’ə Böyük Maraqlar
Yayınlanma Tarihi: 19.11.2013 | Son yeniləmə tarixi: 12.12.2013

Qurulduğu gündən etibarən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə edilən BIHE sərgisi , 2013-ci ilin içərisində də reallaşdırıldı. 19. Azərbaycan Beynəlxalq Sağlamlıq Sərgisi , BIHE 2013 sərgisində paralel olaraq ” Stomatology Azerbaijan 2013 ” 8. Azərbaycan Beynəlxalq ” Stomatologiya ” sərgisi və ” Beauty Azerbaijan 2013 ” 7. Azərbaycan Beynəlxalq ” Gözəllik və Estetik tibb”Sərgisi də reallaşdırılmışdır.

BIHE sərgidə AKGÜN stendinə iştirakçılar sıx maraq göstərmişlər. Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini cənab Elsever Ağayev , Türkiyədən gələn yüksək səviyyəli idarəçilər , Türkiyə səfirliyindən Ticarət Müşavir cənab Çingiz, Atıb , TÜSİAB idarəçiləri , xəstəxana idarəçiləri , vətəndaşlar , həkimlər , tələbələr və bir çox iştirakçı AKGÜN standını ziyarət edərək məhsullarımızı araşdırmışlar.

BIHE sərgisi bu dəfə daha ölkənin tibb ictimaiyyətinin və Xəzər bölgəsinin mərkəzi bir olayı halına gəlmişdir. Bu sərgini əhəmiyyətli hadisə halına gətirən Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini Elsevər Ağayev , Azərbaycan Diş Dərnəyi (ASA ) sədri Rəna Əliyeva , Türkiyə Medikal Turizm Dərnəyi Başçısı Emin Çakmak və Afyon Kocatepe Universiteti Rektoru Mustafa Solak iştiraklarıyla reallaşdırılan rəsmi açılış mərasimi olmuşdur.

Sərginin açılış mərasimində danışan Elsevər Ağayev ” Azərbaycanda səhiyyə və tibbi xidmət mövzularının vətəndaşa təqdim edilməsi üçün olduqca böyük əhəmiyyət verilməkdədir və ölkədə həyata keçirilən saysız layihələr bunun bir dəlilidir. Son 6 ildə ölkədə 500-dən çox sağlamlıq təsisi və müalicə diaqnoz mərkəzi inşa edilmiş və ya əsaslı şəkildə təmir edilmişdir. Şübhəsiz ki , ” BIHE ” sərgisi bu fəaliyyətin ən əhəmiyyətli göstəricilərindən biridir. Sərgi iştirakçıların ildən ilə artması da bunu sübut edir. ” mövzularına  toxunmuşdur.

Türkiyədən iştirak təmin edən qonaqlar iki qardaş ölkə arasında əməkdaşlığa əhəmiyyət verilməsi lazım olduğunu və bu cür iş birliklərinin medikal turizm sahəsində edilməsini , qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi lazım olduğunu vurğulamışlar.

Texnologiyanın və qardaşlığın vurğulandığı bu sərgidə AKGÜN məhsulları ilə təchiz edilən standartlar mərkəz nöqtəsi olmuşdur.


üst

Akgün Yazılım © 2017