İNOVASİYADA AKGÜN FƏRQİ…
Yayınlanma Tarihi: 16.05.2016 | Son yeniləmə tarixi: 16.02.2018

AKGÜNDƏN ERKƏN DİAQNOZ İNQİLABI…

AKGÜN, Türkiyədə İnnovasiya Həftəsi Ankara 2016 fəaliyyətinə qatıldı. Congresium, ANKARA (4 – 5 May 2016)

Türkiyədə İnnovasiya Həftəsi Ankara 2016 fəaliyyəti; innovasiya, dizayn, elm, texnologiya, marketinq, AR-GE, təhsil, iş dünyası və enerji məsələlərində dünya şöhrətli liderləri, CEOlar, mütəxəssislər və akademiklərin iştirakı ilə 2 gün müddətində Ankara Konqresində keçirildi.

Türkiyədə beynəlxalq peşəkarlar, sənayeçilər, akademiklər və universitet tələbələrini Ankarada bir araya gətirən, innovasiya mərkəzli konfrans və sərgi ilə qlobal miqyasda keçirilən tədbirdə AKGÜN, ağciyər rentgen təsvirləri üçün kompüter dəstəkli diaqnoz sistemi və Süd Vəzi Xərçəngi Qərar Dətək Sistemi erkən diaqnozda inqilab yaradan layihələri təqdim etdi. İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilən ‘Türkiyə İnnovasiya Həftəsi Ankara Tədbirləri’, Türk İxracatçılar Məclisi (TİM) və Orta Anadolu İxracatçı Birlikləri (OAİB) tərəfindən gənclər, alimlər və iş dünyasını görüşdürdü. İstesalda, ixracatta yüksək əlavə dəyərli məhsullara hədəflənən, Türkiyənin bu hədəflərə çatabilməsi üçün Türkiyə İxracatçılar Məclisinin (TİM) yandırdığı inovasiya alovu Ankarada davam edir. ’Sərhədsiz İnnovasiya, Sərhədsiz Potansiyal’ şüarı ilə Ankara Congresiumda başlayan və iki gün davam edən ’Türkiye İnnovasiya Həftəsi Ankara Tədbirləri’ndə dünyadakı tanınmış möhtərəmlər, akademiklər, iş və siyasi dünyaya radikal yeniliklərin şifrələrini təqdim edildi. “Türkiyə İnnovasiya Həftəsi” nin fəaliyyətinin əhəmiyyətinə toxunan TİM sədri Mehmet Büyükekşi, yenilikdə ilk olmağı hədəflədiklərini və bunun üçün ən böyük motivasiya gənclərin olduğunu vurğuladı. Büyükekşi, “Məqsədimiz yenilik və sahibkarlıq ilə yeni bir ekosistem yaratmaq və 13 milyon gəncimizə meydanı buraxmaq. Tədbirlərimizdə iştirak edənlərin sayı  hər il artır. Ümid edirik ki, bu vəsiləylə ölkəmiz potensialını tapacaq və innovativ düşüncə yayılacaq “. deyə çıxış etdi.“HƏDƏF DÜNYA TİCARƏTİNDƏN DAHA ÇOX PAY ALMAQDIR” Tədbirlərə qatılan İqtisadiyyat naziri Mustafa Eltaş, qaydaların ticarətdə dəyişdiyini və insan həyatının sadəliyinin öndə olduğunu vurğuladı. “Qlobal ticarətin dinamikasına mənfi təsir göstərməmək üçün ixracatçılarımız artıq markalı məhsullara çevrilirlər. Ar-Ge’ye investisiya qoymaq, layihələndirmək. Bunlar insan qaynaqlarına əsaslanan tədqiqatlardır. Bir neçə dildə bilmək, bir neçə kompüter proqramını bilmək artıq kifayət deyil. Gələcəyi görmək, meylləri tutmaq, görmə qabiliyyətli olmaq lazımdır ” deyə danışan Nazir Elitaş, Buna görə yeniliklərin əhəmiyyətinə diqqət yetirmişik. Tərəfdaş ölkə Fransanın Türkiyədəki səfiri Çarlz Fries, iki ölkə arasındakı elmi, sənaye və mədəni əməkdaşlığa istinad edərək, Türkiyədə fəaliyyət göstərən Fransız markalarının investisiyalarına diqqət çəkdi.

AKGÜNDƏN RADİKAL İNNOVASİYALAR

AKGÜN İdarə heyəti Başçısı Temel Akgün mətbuat nümayəndələri ilə görüşündə, “AKGÜN’ün Türkiyədəki yüksək müvəffəqiyyətinin arxasında güclü layihələrimiz  və yüksək texnologiyamızın yanında ən əhəmiyyətli amillərdən biri də AR-GE’ye verdiyimiz əhəmiyyətdir.”

AKGÜN, AKGÜN’ün 30. quruluş ilini qeyd edərək, 2016-ci il çox müvəffəqiyyətli bir il olacağını və bunun üçün çiyin-çiyinə birlikdə çalışacağını ifadə edərək, Türkiyənin qlobal arenada əldə etdikləri çarpıcı böyümə üçün yeni məhsul qruplarına diqqət edəcəyini söylədi. AKGÜN, “Yenilikçi, yüksək keyfiyyətli, rəqabət məhsullarımızla satışlarınızı dəstəkləyəcəyik. Korporativ mədəniyyətimiz insan qaynağıdır və ən  böyük güvənimizdir.”  deyərək sözlərinə davam etti.

2015-ci ilin AKGÜN üçün əhəmiyyətli dəyişikliklər ili olduğunu söyləyərək, həmişə yaxşıya çatmaq üçün dəyişməyə səbəb olan radikal yenilik fəaliyyəti haqqında danışdı.

AKGÜNDƏN İKİ BÖYÜK LAYİHƏ Komputer Dəstəkli Diaqnoz

(KDD)  Nədir?

KDD, rəqəmsal radioloji şəkillərdə, görüntü işlənmə və süni zəka metodlarından istifadə edərək  radioloq üçün müəyyən olmayan sahələri (hədəf diaqnozları və ya patologiyaları) aşkarlayan bir sistemdir.

KDD, bir tərəfdən radyoloq üçün bir növ “yazı nəzarətçisi” olub diqqət ediləsi lazım olan sahələri və anormal tapıntıları seçər,  avtomatik və ya yarı avtomatik kiçik ölçlər edər və nəticədə radioloqun daha çox xərçəng hallarını aşkarlamağına kömək edər.

Rəqəmsal röntgen şəkillərində radyologlara ikinci görmə dəstəyi təmin etmək üçün həyata keçirilən avtomatik şiş aşkar etmə sistemi ilə daha çox xərçəng xəstəliyi hallarını aşkalamaqla sağlamlıq xidmətinin keyfiyyətinin artırılıb, radioloqların gözlərindən qaça biləcək anormallikləri müəyyənləşdirməyə və ağciyərlərin rentgen şəkillərinin dəqiq diaqnozuna kömək edir. Bu mənada AKGÜN Proqram olaraq, ağciyer xərçənginin erkən aşkarlanmasına kömək etmək adına Tübitak dəstəyi ilə də belə bir layihə həyata keçirilmişdir.

SÜD VƏZİ XƏRÇƏNGİ QƏRAR DƏSTƏK SİSTEMİ  (SVXQDS)

Elm, Sənaye və Texnologiya Nazirliyi tərəfindən SANTEZ’in dəstəyi ilə inkişaf etdirilən, mamoqrafiya şəkillərində kütləvi və mikrokalsifikasiyalarının aşkarlanmasının xoş xassəli/bəd xassəli olmasını qiymətləndirən Ağıllı Süd Vəzi xərçəngi Qərar Dəstək Sistemi ilə komputerlə diaqnostikada Türkiyədə bir ilk gerçəkləşdirilmişdir.

Məqsəd

  • Döş xərçəngindəki iki əhəmiyyətli anormallik kütlələri və mikrokalsifikasiyaları (məmə kalsifikasiyası) aşkar etmək.
  • Şişlərin və mikrokalsifikasiyaların xoş xassəli/bəd xassəli olmasını qiymətləndirmək.

Sistemin Ümumi Xüsusiyyətləri

  • Şişlərin və mikrokalsifikasiyaların yerləşdiyi sahə haqqında məlumatları və % olaraq xoş xassəli/bəd xassəli olmasını qiymətləndirilməsi,
  • Diaqnoz qoymağa kömək etməsi ilə bərabər təhsil materialı olaraq istifadə ediləbilmə üstünlüyü,
  • Elastik lisenziyalaşdırma xüsusiyyəti (istər müddətli, istər müddətsiz),
  • Bütün marka PACS’lar ilə inteqrasiya.

üst

Akgün Yazılım © 2018