PROQRAM TƏMİNATI SEKTORUNUN NƏHƏNGLƏRİNDƏN AKGÜN ŞİRKƏTİNDƏN TEXNOLOGİYA ZİRVƏSİ
Yayınlanma Tarihi: 26.05.2014 | Son yeniləmə tarixi: 13.06.2014

Korporativ tətbiq və proqram təminatı sahəsində lider olan AKGÜN şirkəti, AKGÜN Zirvəsiylə texnoloji tədbirlərinə bir yenisini daha əlavə etdi..

AKGÜN şirkətinin texnoloji tətbiqlərinin müəssisələrə qazandırdığı əlavə dəyər və məhsuldarlıq artımı, AKGÜN Zirvəsində əsas gündəm movzusu oldu. Ölkədaxili və ölkəxaricində fəaliyyət göstərən koordinatorlarımız, idarəçilərimiz, satış nümayəndələrimiz, sahə işçilərimiz, proqram dəstək heyətimiz və həll ortaqlarımızın da iştirak etdiyi tədbirdə AKGÜN-ün innovatif həlləriylə bağlı yaranan uğurlu hekayələr də paylaşıldı. AKGÜN Zirvəsi 17-18-19 May tarixlərində AKGÜN Plazanın Konfrans salonunda reallaşdırıldı.

Korporativ tətbiq və proqram təminatı sahəsində Türkiyədə lider olan AKGÜN, ictimai qurum və quruluşlara təmin etdiyi rəqabətçilik, məhsuldarlıq, mənfəət və innovativ yenilik qatan məlumat texnologiyalarını, iş proseslərinə sürət qazandıran həllərini geniş müzakirə etdi.

İstiqlal marşının oxunması ilə başlayan tədbirin açılış nitqini AKGÜN şirkətinin İdarə Heyətinin sədri Temel AKGÜN reallaşdırdı. Cənab AKGÜN, açılış nitqini bu şəkildə davam etdirdi: “Korporativ tətbiqlər və proqram təminatı sahəsində lider olan AKGÜN, 28 ildir qlobal təcrübəsiylə Türkiyədəki sifarişçilərinə innovativ, məhsuldarlıq, rəqabətədavamlı və qənaət edəcəyi həllər təqdim etməyə davam edir. Şirkətlər artıq sərhədləri ortadan qaldıran informasiya texnologiyaları vasitəsilə inkişaf edirlər və yenilikçi həllərlə rəqabətə davamlılıqlarını artıraraq daha yaxşı bir gələcəyə doğru yola davam edirlər. Bizlər də bu perspektivdə informasiya texnologiyaları həllərini təqdim etdiyimiz Texnologiya Zirvəsini keçirməyin xoşbəxtliyini yaşayırıq. Ölkədaxili və ölkəxaricində xidmət göstərən proqram təminatı əməkdaşlarımız, sahə nümayəndələrimiz, satış üzvlərimiz və idarəçilərimiz də daxil olmaqla proqram həlli tərəfdaşlarımızın iştirakı ilə təxmini 300-ə yaxın mütəxəssisi bir araya toplaya bildik. Müştərilərimizin qoyduqları hədəflərə çatmaları və böyüyərək inkişaf etməklərini davamlı qılmaları üçün ehtiyac duyduqları yeni iş metodlarına və informasiya texnologiyaları qoyduqları sərmayələr ilə necə üstünlük qazanacaqlarını AKGÜN Zirvəsinde geniş müzakirə etmək üçün burdayıq. Hər zaman şirkətlərə məhsuldarlıq, mənfəət və rəqabətə davamlılıq qatacaq texnologiyalar və layihələri təqdim etməyi davam etdirəcəyik.

AKGÜN Plazada təşkil edilən xüsusi tədbirdə, şirkətlərə gələcək hədəflərində istiqamət verən tətbiqlər və yeni layihələrin təqdimatı çərçivəsində bir çox mövzu müzakirə edildi. Müəssisələrin hədəflərinə çatmaq və informasiya texnologiyalarına sərmayələrini davamlı qılmaq üçün ehtiyac duyduqları yeni iş tətbiqi modelləri və interaktiv tətbiq nümayişləri ilə yarışı necə fərqli edə biləcəkləri AKGÜN Zirvəsinin diqqət çəkici mövzu başlıqları arasında yer aldı. ARGE, dəstək və satış koordinatorluqlarımız tərəfindən reallaşdırılan təqdimatlarla iştirakçılar AKGÜN Qrupu və məhsulları ilə daha yaxından tanışlıq fürsəti əldə etdilər.

Müştərilərinə daha yaxşı və keyfiyyətli xidmət verməyi hədəfləyən və bunu tətbiq edən AKGÜN, həlləri ilə həyata keçirdiyi innovativ əsaslı iş müddətlərini interaktiv mühitdə iştirakçılarına tətbiqi formasını əyani şəkildə göstərmişdir.

AKGÜN, müştərilərinin müvəffəqiyyət hekayələrinin də təqdim edildiyi və maraqlı tərəflər arası fikir mübadiləsi platformasını təsis edən, prioritet məqsədi xidmətdə keyfiyyət və müştəri məmnuniyyətini əsas alan AKGÜN, həll ortaqlarının təqdimatları ilə birlikdə təşkil edilən Zirvə çərçivəsində paralel iclaslar təşkil edərək tələblər və təkliflər alınmış və qarşılıqlı fikir mübadiləsi aparılmışdır.

AKGÜN Qrup olaraq, tədbirimizdə iştirak edən hər həsi gəldikləri və bizi şərəfləndirdikləri üçün, proqram həlli tərəfdaşlarımıza göstərdikləri hər cür dəstək üçün, bütün Akgün Proqram Təminatı işçilərimizə və cavabdeh işçilərimizə göstərdikləri fövqəladə səy və fədakarlıq üçün təşəkkürlərimizi bildiririk.

 


üst

Akgün Yazılım © 2017