20 İyun 2014 - Cümə


IT Sənayesi novatorlarından sayılan AKGÜN, müvəffəqiyyətlərinə bir yenisini daha əlavə etdi.

4-5 İyun 2014-cü il tarixlərində İstanbul Haliç Konqres Mərkəzində HIMSS Türkiyə tədbiri təşkil edildi. Tədbirə Gold Sponsor olaraq əlavə dəyər qatan və müştəri məmnuniyyəti və məhsul keyfiyyətindən əsas alan AKGÜN, açmış olduğu stendlə tədbir ziyarətçilərinə innovativ məhsulları təqdim etmə fürsəti əldə edərkən, yerli və xarici çox sayda ziyarətçi tərəfindən böyük maraqla qarşılandı.


Stendimizi ziyarət edən qonaqlara Klinik Məlumat Sistemləri, Radyoloji Müşahidə Sistemləri, 3 Ölçülü Müşahidə Əməliyyatları, Kompüter dəstəkli tanıma sistemləri, Qərar Dəstək Sistemləri, Mobil Proqramlar və sağlamlıq xidmətinin göstərilməsini artıran digər proqramlar təqdim edildi.

Həmçinin 4 İyun tarixində çoxsaylı iştirakçıların müşayiəti ilə keçirilən digər tədbirdə           ”Dövlət Xəstəxana Müəssisələri ilə Birlikdə İş” mövzulu təqdimatımız böyük marağa səbəb olmuşdur. Bu təqdimatda Dövlət Xəstəxana Müəssisələrinin qurulması ilə birlikdə bu müəssisələrin idarəedilməsi, maliyyə sistemi və klinika ilə bağlı mövzuların hər zamankindən daha aktual hala gəlməsi vəsaitlərin tələbi, satınalma, anbarda qalan miqdar, hesabların idarə edilməsi, mühasibat sistemi, büdcə, sənədlərin idarə edilməsi və sairəyə rəhbərlik tərəfindən nəzarət edilməsi, AKGÜN’ün Dövlət Xəstəxana Sistemlərinin (DXS) ehtiyaclarına uyğun məlumat sistemlərinin uğurla inkişaf etdirilməsi və tətbiqi sektorda ciddi fərq yaradan AKGÜN ‘ün uğurları və keyfiyyət missiyası izah edilmişdir.

HIMSS Türkiyə tədbirində AKGÜN, müəllifi olduğu məhsulları, xidmətləri, qazandığı uğurları və keyfiyyət standartları ilə dünya miqyaslı firma olduğunu bir daha sübuta yetirmişdir.

DXS-lərdə mərkəzi ehtiyatların idarə olunması üçün qurulan AkGES ERP Təşkilati Resursların İdarəedilməsi Sistemi, Akgün Proqramlaşdırma-nın ölkəmizdə reallaşdırdığı ilklərdən olan, radiologiyada Radyoloqların daha çox xərçəng hallarının aşkar edilməsini təmin edən və ağciyərin x-ray müşahidəsində avtomatik olaraq nodulların (düyüm) müəyyənləşdirməklə radioloqlara ikinci göz olacaq və erkən diaqnoz qoyulması nəticəsində ağciyər xərçəngi səbəbindən  meydana gələn ölüm hallarını minimum səviyyəyə gətirən ən yeni məhsullarımızdan, ağciyərin X-RAY Müşahidəsinin Kompüter Dəstəkli Tanınma Sistemi və məlumatın idarə olunması üçün yaratdığımız və bir formada da İdarəetməyə Dəstək Mahiyyətdə olan İş Zəkası sistemlərimiz böyük marağa səbəb olmuşdur.

Həmçinin bu son tədbirdə şirkətimizin proqram məhsullarını istifadə olan Rize Dövlət Xəstəxanasının HIMSS Türkiyə Mükafat Mərasimində 6-cı Dərəcə ilə akkreditasiya edilməsinin uğurlu hekayəsi tamaşaçıların diqqətinə çatdırılmış və uğur yolundakı mərhələlərdən bəhs edilmişdir. Böyük marağa səbəb olan təqdimatda Rize Dövlət Xəstəxana Müəssisələri Birliyinin baş katibi Dr. Şafak SÜNBÜL əldə edilən müvəffəqiyyətlərdə rəhbərliyin səyini dilə gətirmiş və rəqəmsal xəstəxana anlayışının tam olaraq həyata keçirilməsi üçün ediləcək daha çox işləri olduğunu ifadə edərək; “Türkiyə ‘də HIMSS sisteminə keçən 4 xəstəxanadan biriyik, Avropada isə yataq tutumu baxımından bu sistemə keçən ən böyük xəstəxanayıq. Sistem sayəsində xəstəxanalarımızda kağız istifadə dövrü sona çatacaq. Həkimlərimizin və işçi heyətimiz səhv etmə ehtimalı sıfıra enəcək ” söyləyərək uğur qazanmağın vacibliyini bir daha qeyd etdi.

AKGÜN Qrup şirkəti olaraq səhiyyə sektorunda məlumat və idarəetmə sistemləri sahəsində qlobal etibarlılığa və səriştəyə malik HIMSS tərəfindən 6-cı Mərhələ ilə akkreditasiya edilən Rize Dövlət Xəstəxanasına beynəlxalq sahədə qazandıqları uğurlarına görə təbrik edir, müvəffəqiyyətlərinin davamını arzulayırıq.

HIMSS Türkiyənin fəaliyyətində həm çox millətli şirkətlərin icraçı direktorları, həm Dövlət Xəstəxanalar Birliyinin Baş katibləri, həm də səhiyyə sahəsində söz sahibi olan bütün iştirakçılardan qəbul etdiyimiz təbriklər nəticəsində müştəri məmnuniyyətini əsas alan keyfiyyətli xidmət anlayışı ilə milli miqyaslı olmanın yanında, qlobal miqyasda işləyən və qlobal müştərilərə xidmət verən firmamızın sektorda rəqibsiz olmasının haqlı qürurunu yaşamaqdayıq. Əməyi keçən hər kəsə təşəkkür edirik.