18 Avqust 2021 - Bazar ertəsi


9-13 avqust 2021-ci il tarixlərində ABŞ-ın Las Veqas şəhərində keçirilən HIMSS 2021 Qlobal Konfrans və Sərgisində iştirak etdik.

Qlobal səhiyyə ekosistemindəki peşəkarların təhsil, innovasiya və əməkdaşlıq üçün bir araya gəldiyi HIMSS 2021-də yüksək səviyyəli rəhbərlərdən, xidmət təminatçılarına və investorlara, İT məsləhətçilərindən sahibkarlara qədər  çox sayda səhiyyə sahəsi peşəkarları qatılmışdı.

Tədbirə firmamızdan; İdarə Heyətimizin Sədri Cənab Temel AKGÜN, Baş Direktorumuz Cənab Hakan KARATAŞ, Baş Direktor Müavinlərimiz Xanım Züleyha AKGÜN GENÇER və Cənab Alper ŞEKER, Satış və Məhsul İdarəetmə Direktorumuz Cənab Yavuz GENÇER və Beynəlxalq Satış Menecerimiz Cənab Onur SOYBAŞ qatılmışdır.

AKGÜN, Süni İntellekt Məhsulları və Qərar Dəstək Sistemləri ilə Fərqləndi.

İlin qaçırılmaz sağlamlıq informatika və texnoloji tədbirində milli və beynəlxalq ekspertlər eləcə də, səhiyyə informatika sektorunun peşəkarları stendimizə böyük maraq göstərdilər. Tədbirdə stendimizi T.C. Səhiyyə Nazirinin Müavini Cənab Şuayip BİRİNCİ də ziyarət etdi.

Çoxlu B2B görüşlərin və təqdimatların keçirildiyi stendimizdə gün ərzində müxtəlif saat aralıqlarında təqdimatlar da keçirildi. Turnkey Solutions təqdimat sahəmizdə başdan başa qədər açar təslim xəstəxana həllərimiz ən effektəv şəkildə izah edildi.

Stendimizdə 3 fərqli istiqamətdə Xəstəxana Məlumat İdarəetmə Sistemi, profilaktik sağlamlıq sahəsindəki süni intellekt məhsullarımız, X-Eye Mammo Döş Xərçəngi Qərar Dəstək Sistemi ilə X-Eye Toraks Ağciyər Şəkillərində Kompüter Dəstəkli Diaqnoz Sistemi, iVital  Reanimasiya Məlumat İdarəetmə Sistemi və MobileANKA Mobil Tətbiq Sistemi səhiyyə sahəsi peşəkarları təqdim olundu. Məhsullarımızın və xidmətlərimizin təqdim olunduğu tədbirdə məhsullarımız haqqında çoxlu müxtəlif və maraqlı videolar göstərildi.

Süni İntellekt Texnologiyalarına Milli və Beynəlxalq Arenada Yön Veririk

"Qabaqcıl Texnologiyalar və Durmadan İrəli" şüarı ilə işlərini davam etdirən AKGÜN, süni intellekt çalışmaları ilə sağlamlıq sahəsində qlobal bazarlar üçün rəqəmsal həllər istehsal edir.Bir çox ilklərə imza atan AKGÜN Texnologiya, gələcəyə ümidlidir və fəaliyyətlərini bu istiqamətdə formalaşdırır. Bu sahədə şirkətimiz pandemiya dövründə böyük əhəmiyyət kəsb edən reanimasiya sistemləri üzərində işini 2016-cı ildə tamamlamış və Türkiyənin ilk yerli və milli iVital Reanimasiya Məlumat İdarəetmə Sistemini təqdim etmişdir.

Əlavə olaraq , qlobal epidemiya dövründə süni intellekt üsullarından istifadə edərək radioloqlar və həkimlər tərəfindən Covid-19 xəstəliyinin aşkarlanması üçün hazırlanmış AKGÜN X-Eye Covid Qərar Dəstəyi Sistemi məhsulu bazara təqdim etmiştir. Sistem Pnevmoniya -Covid-19 ehtimalını qiymətləndirir.

Milli və beynəlxalq bazarlarda Səhiyyə İnformasiya Texnologiyalarının qabaqcıllarından olan AKGÜN, HIMSS və s. kimi böyük qlobal tədbirlərdə iştirak edərək A-dan Z-yə təklif etdiyi innovativ və təhlükəsiz məhsul və xidmətlərini dünya ilə bölüşdürməyə davam edir.