3 Oktyabr 2010 - Bazar


Azərbaycan Səhiyyə Nazirliyi və ” Akgün Yazılım ” şirkəti tərəfindən ” Səhiyyədə İnformasiya Texnologiyalarının Rolu ” mövzusunda konfrans keçirildi.

Konfransa informasiya texnologiyalarının tətbiqi sahəsində Türkiyəli mütəxəssislər, Səhiyyə Nazirliyi , digər hökumət və qeyri-hökumət təşkilatlarının, mətbuat orqanlarının nümayəndələri qatıldılar. Konfransda e- səhiyyə həlləri , məlumat toplama və məlumatların rəhbərliyi, qərar dəstək sistemləri, milli informasiya sisteminin yaradılması və digər mövzular müzakirə edildi.

Konfransda Azərbaycan Səhiyyə nazirinin müavini Elsevər Ağayev , TBMM Sağlamlıq Komissiyasının sədri Prof. Dr. Cevdet Erdöl , Azərbaycan Milli Məclisinin sosial siyasət komissiyasının başçısı Hadi Rəcəbli, TBMM Sağlamlıq Komissiyası Başçı Köməkçisi Dos. Dr. Kəmaləddin Aydın, Türkiyə Səhiyyə Nazirliyi İnformasiya- Qenerasiya Dairəsinin başçısı Dr. Ünal Hülür , Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin strategiya planlaşdırma və elmi potensial şöbə müdiri İsfəndiyar Əliyev Mərkəzi Gömrük Hospitalının planlaşdırma və marketinq direktoru Aynur Abbasova , Türkiyənin Bakıdakı səfirliyinin Sosial Müdafiə Müşaviri Mustafa Gur bir-bir çıxış etdilər.

Konfransda açılış danışmasını edən Səhiyyə naziri köməkçisi Elsevər Ağayev hər sahədə olduğu kimi, səhiyyə sahəsində də icra edilən islahat işlərindən söz açdı. Xalqın sağlamlığının qorunması, səhiyyə xidmətlərinin daha keyfiyyətli yayımı bu islahatların əsas istiqamətlərindən biridir: “Son illər iqtisadiyyatın inkişafı səhiyyə sektoruna də müsbət təsir etmiş və bu sahədə bir çox müsbət inkişaf yazılmışdır. Yalnız son beş ildə Azərbaycanda 300 səhiyyə təşkilatı yenidən qurulmuşdur. Elektron Azərbaycan Dövlət Proqramı çərçivəsində Sağlamlıq nəzarəti milli mərkəzin yaradılması və müxtəlif elektron qeydiyyat sistemlərinin yaradılması hədəf olaraq təyin olunmuşdur. Artıq bu mərkəz qurulmuşdur və 7 qeydiyyat sistemi çalışmaqdadır. Ümumi olaraq bu anda sağlamlıqla əlaqədar 9 Dövlət proqramı həyata keçirilir. Gələcəkdə bütün sağlamlıq təşkilatlarının elektron tibbi məlumat sistemi ilə təmin olunması planlaşdırılır.

TBMM Sağlamlıq Komissiyasının sədri Cevdet Erdöl Türkiyədə sağlamlıq sahəsində tətbiq olunan texnologiya yeniliklər haqqında məlumat verdi : “Azərbaycanın səhiyyə sahəsində qazandığı uğurları böyük məmnuniyyətlə izləyirəm . Türkiyə də son illərdə səhiyyə sahəsində böyük uğurlar qazanmışdır. Səhiyyədə Dönüş proqramı ilə xəstəxanalarda struktur çevrilmə təmin edilmiş, ailə həkimliyi tətbiqə qoyulmuş, ümumi sağlamlıq sığortası tətbiq olunmuş və ən əhəmiyyətlisi şəxsiyyət nömrəsi əsasında məlumat bankı yaradılmışdır. Cevdet Erdöl milli informasiya məlumat bazasının yaradılması, teletibb imkanlarının artması və Türkiyədə tətbiq olunması baxımından edilən işlərdən söz açdı: “Hər sahədə olduğu kimi , sağlamlıqda da inkişaf üçün kompüterə hökm edəcəksiniz.”

Azərbaycan Milli Məclisi sosial siyasət komitəsinin başçısı Hadi Rəcəbli konfransın əhəmiyyətini vurğulayaraq Azərbaycanın ictimai siyasətinin prioritetlərindən birinin də sağlamlıq olduğunu ifadə etdi. Dövlət büdcəsində sağlamlığa ayrılan payın hər il artdığını yazan Hadi Rəcəbli sağlamlıq təşkilatlarında informasiya  texnologiyalarının istifadəsinin yayılmasının çox əhəmiyyətli olduğunu vurğuladı.

TBMM Sağlamlıq Komissiyasının vitse-prezidenti Kəmaləddin Aydın etdiyi danışmada Səhiyyədə Dönüş proqramı haqqında ətraflı məlumat verərək Türkiyə təcrübəsinin qardaş ölkə Azərbaycan üçün əhəmiyyətli olduğunu söylədi. Türkiyədə xəstəxanalar və və sığorta sistemlərinin birləşdirildiyini , birinci pillə sağlamlıq xidmətlərinin hazırlandığını , təcili yardımın yenidən yaradıldığını xatırladan Aydın “Azərbaycan Türkiyənin keçdiyi yolu daha qısa müddətdə qət edəcək. Aparılan araşdırmalar bu ümidin tez bir zamanda yetişəcəyini göstərir ” dedi.

” Akgün Yazılım ” şirkətinin baş direktoru Təməl Akgün şirkətin qurulma tarixçəsi , fəaliyyətlərini , xidmət və məhsulları haqqında məlumat verdi. ” Akgün Yazılım ” ın xəstəxana məlumat sistemi , laboratoriya məlumat sistemi , rəqəmsal görüntü və arxivləmə sistemi , cəmiyyətdə insan qaynaqları rəhbərliyi məlumat sistemi, səhiyyə diş məlumat sistemi, səhiyyə müdirliyi və ailə həkimliyi məlumat sistemi ilə səhiyyədə informasiya texnologiyalarının ən üst səviyyədə istifadəsini təmin etdiyini söylədi

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin strategiya planlaşdırma və elmi potensial şöbə müdiri İsfəndiyar Əliyev Azerbaycanda informasiya texnologiyalarının yayılması istiqamətində edilən işlərdən bəhs etdi.

Türkiyə Səhiyyə Nazirliyi məlumat əməliyyat dairə başçısı Dr. Ünal Hülür etdiyi danışmada səhiyyədə informasiya texnologiyalarının tətbiqi Türkiyə təcrübəsinin Azərbaycan üçün də nümunə olacağını vurğuladı.

“Akgün Yazılım” şirkətinin layihə inkişaf etdirmə və idarə koordinatoru Ahmet Özçam konfransda “e- səhiyyə standartları və tətbiqləri ” mövzusunda məruzə ilə çıxış etdi .

Türkiyənin Bakı səfirliyinin ictimai təhlükəsizlik müşaviri Mustafa Gur Azərbaycan və Türkiyənin qarşılıqlı məlumat mübadiləsi ilə problemləri daha sürətli həll edəciyini ifadə etdi.