26 Noyabr 2021 - Cümə


17-20 Noyabr 2021-ci il tarixlərində Antalyada keçirilən 12-ci Beynəlxalq Səhiyyə və Xəstəxana İdarəetmə Konqresi (12-ci XSİK) ilə 3-cü Beynəlxalq Səhiyyə Müəssisələrində İş Sağlamlığı və Təhlükəsizliyi Konqresinə (3-cü İST) sponsor olaraq qatıldıq.

Əsas mövzusu “Səhiyyə müəssisələrində maliyyə və fövqəladə halların idarə edilməsi və alternativ həll təklifləri ” olan 12-ci XSİK konqresində yeniləşən səhiyyə xidmətlərinin maliyyələşdirilməsi müzakirə edildi.

12- ci XSİK Konqresi ilə eyni vaxtda keçirilən 3-cü İST Konqresinin əsas mövzusu “Səhiyyə İşçilərində  Peşə Xəstəlikləri, İş qəzaları, Risklərin İdarə Edilməsi və Ehtiyat tədbirləri”dir. 3-cü İST konqresində səhiyyə işçilərində peşə xəstəliklərinin və iş qəzalarının səbəbləri və səhiyyə müəssisələrində əməyin mühafizəsi və təhlükəsizliyini təmin edən üsul və yeniliklər müzakirə edilib.

Hibrid olaraq təşkil edilən hər iki konqresə Türkiyədən və müxtəlif ölkələrdən çoxlu sayda iştirakçı qatıldı. Tədbirlərdə çoxlu birgə panellər və müzakirələr aparıldı.

Bu ərəfədə 18 noyabr 2021-ci il tarixində AKGÜN Beynəlxalq Satış Meneceri Cənab Onur SOYBAŞ “Dünyada Səhiyyə Xidmətlərində Keçilən Yol, Böhran və Risklərin İdarə Edilməsi, Məlumatlara Söykənən Qərarların Qəbulunun Əhəmiyyəti” adlı konfransda məruzəçi kimi iştirak etmişdir.

Paneldə Cənab Onur SOYBAŞ, “AKGÜN tərəfindən hazırlanmış süni intellektə əsaslanan qərar dəstək sistemlərimizlə tibb işçilərinə və xəstələrə effektiv və keyfiyyətli profilaktik səhiyyə xidmətləri təqdim etdiyimizdən” bəhs etdi.

Həmçinin, Cənab Onur SOYBAŞ, “Covid-19 Pandemiyası ilə çox şeyin dəyişdiyini gördük və görməkdə davam etdiyimizi bildirdi. Dəyişiklikdən payını alanların başında yeni sağlamlıq anlayışı dayandı. Səbəb çox sadədir, “epidemiya sağlamlığımızın nə qədər vacib bir xəzinə olduğunu bir daha xatırlatdı” kimi izah elədi. Cənab SOYBAŞ, “Həyat tərzi göstərdi ki, tibb sahəsi pandemiyadan sonra ən sürətlə böyüyən, haqqında ən çox danışılan, araşdırılan və maraq doğuran sahələrdən biri olduğunu göstərdi.

Ona görə ki bu virus bizə bir daha profilaktik səhiyyə xidmətlərinin sağlam həyat üçün ən təsirli yol və üsul olduğunu xatırlatdı. Epidemiya zamanı ən yaxşı profilaktik vasitələr təkcə tibb işçilərindən və səhiyyə mərkəzlərindən deyil, həm də bütün fərdlərdən asılı olduğunu öyrətdi.

 “Yeni səhiyyə yanaşmasında səhiyyə işçiləri əsas rolunu davam etdirdikləri zaman, onların ən böyük köməkçiləri və dəstəkçiləri texnologiya oldu.” kimi qeyd etdi. Cənab. SOYBAŞ çıxışında "AKGÜN olaraq səhiyyə sektorunda təcrübə və biliklərimizlə istehsal etdiyimiz ən son texnoloji yeni tətbiqlərimizi epidemiya dövründə səhiyyə işçilərimizin xidmətinə təqdim etdiklərini" bildirdi.

Rəqəmsal Səhiyyə Həlləri AKGÜN də

Təklif etdiyimiz həllərlə rəqəmsal xəstəxanaya keçid prosesinə rəhbərlik edirik. Rəqəmsallaşan iş prosesləri ilə resurslardan optimal istifadəni təmin etməklə yanaşı, işlərin gedişinə nəzarəti asanlaşdırırıq. AKGÜN olaraq inkişaf etdirdiyimiz qabaqcıl texnologiya məhsul və sistemləri ilə səhiyyə xidmətlərində sürət və keyfiyyəti artırarkən ölkəmiz üçün sağlam gələcəyin addımlarını atırıq.