26 Noyabr 2021 - Cümə


Panellerde AKGÜN Havası

AKGÜN baş direktoru Sn. Hakan KARATAŞ HIMSS EURASIA çərçivəsində 17 Noyabr 2021-ci il tarixində “Süni İntellekt: Səhiyyə Xidmət Təqdimatında Nəticədən Tətbiqə” adlı paneldə məruzəçi kimi iştirak etdi.

Paneldə Cənab Baş Direktorumuz Hakan KARATAŞ “İnsan həyatını kökündən dəyişdirəcək, insanlığın əvvəlki təcrübələrinə heç bir şəkildə bənzəməyən texnoloji inqilabın astanasındayıq. Xüsusilə pandemiya ilə bu proses daha da sürətləndi. Bu texnoloji inqilabın ən çox payına sahib olan səhiyyə sektorunda yeni araşdırmalar, yeni müalicə üsulları və mövcud üsullar arasında xəstə üçün ən yaxşı strategiyanı təyin etməyə çalışan həkimə faydalı ola biləcək məlumatların miqdarı heyrətamiz səviyyədədir. Bundan əlavə, xəstə haqqında; tibbi görüntüləmə, biosensorlar tərəfindən toplanan həyati məlumatlar, genom ardıcıllığı və elektron tibbi qeydlər kimi mənbələrdən böyük miqdarda məlumatlar istifadə edilməkdədir.” qeyd etdi.

Cənab KARATAŞ “Gələcəkdə genomik, rəqəmsal tibb və süni intellektin xəstələrə xidmətdə böyük təsiri olacaqdır. Teletibb, ağıllı telefon proqramları, uzaqdan diaqnostika və monitorinq üçün biosensorlar, nitqin tanınması və avtomatik təsvirlə dəyərləndirmə daxil olmaqla inkişaf etməkdə olan texnologiyalar səhiyyə işçiləri üçün xüsusilə əhəmiyyətli olacaqdır. Bu texnologiyalardan birgə istifadə olunan və süni intellektlə təchiz edilən rəqəmsal platforma ilə faydalanmaq mümkündür. Müvafiq texnologiyaların düzgün istifadəsi ilə fərdi əsasda effektiv və rasional individual müalicə üsulu təqdim etmək mümkün ola biləcəkdir. Buna görə də, həkimlərdən tibb işçilərinə qədər demək olar ki, hər kəs süni intellekt texnologiyasından istifadə edəcəkdir. Tibb sahəsində insan və süni intellektin istifadəsi və qarşılıqlı əlaqəsi hələ yeni başlanmışdır. Bu gün ən çox araştırma edilən radiologiya, patoloji, dermatologiya, göz, qastroenterologiya, kardiologiya, psixika və sinir və s. sahələrində hələ yolun başlanğıcındayıq.” şəkilində qeyd etdi.

Cənab Hakan KARATAŞ çıxışında, “Xəstəxanayaqədər profilaktikada, fərdiləşdirilmiş müalicə, xroniki xəstələrə müalicə və təqib, şəxsi xəstəlik/sağlamlıq həyatının idarə edilməsində dəyərə əsaslanan xidmətin göstərilməsi üçün genetika, süni intellekt və əşyaların interneti (IoT) kimi sahələrdə yaşanan və yaşanacaq əsas nailiyyətləri yaxından izləməli və onları öz sistemlərimizə tətbiq etməliyik.

Texnoloji nailiyyətlərlə birgə ən çox  fayda əldə etmək üçün, səhiyyə xidmətlərinin göstərilməsi modelinə əhəmiyyətli dəyişikliklərin edilməsinə ehtiyac yaranmışdır. Xəstəyə fərdiləşdirilmiş müalicə yanaşmasını ancaq “dəyər əsaslı xidmət biznes modeli” yanaşmasıyla nail olmaqla mümkündür. Bu çərçivədə “xəstəyönümlü” biznes modelləri və yaxın gələcəkdə “vətəndaş yönümlü” bir xidmət modelinə keçid yaranacaqdır. Dəyərə bağlı səhiyyə xidmətinin çatdırılması və səhiyyə xidmətinə aid əməliyyatları inkişaf etdirmək və xidmətin nəticələrini yaxşılaşdırmaq, xərcləri azaltmaq və səmərəliliyi artırmaq üçün əşyaların interneti böyük fürsətlər vəd edir. Bu fürsətləri reallaşdırmaq üçün IoT texnologiyalarından ən qısa zamanda yararlanmaq lazımdır.Yaxın 10-15 il ərzində hətta daha tez ola bilər; müxtəlif mənbələrdən toplanan vətəndaşların sağlamlıq/həyat məlumatlarını (genomika, biosensorlar, fiziki fəaliyyət, dərman istifadəsi, müayinə və analiz nəticələri, nəsil tarixi, əhval-ruhiyyə, xəstəlik tarixçəsi və s.) birləşdirən, yönəldən və yönləndirən “ağıllı liderlik” edən sistemlərin formalaşdırılması gözlənməkdədir.”olaraq qeyd etdi.

Ağıllı korporativ rəqəmsal xəstəxana və HIMSS Stage 7, reanimasiya, ağıllı sağlamlıq, süni intellekt tətbiqlərimiz və AKGÜN tele-sağlıq və virtual xəstəxana platformları haqqında qısa çıxış edən Cənab Baş Direktorumuz ; “Tibbi səhvlərin azaldılması, erkən diaqnostika, müalicə prosesində qərara dəstək sistemlərinin inkişafı, həmçinin məlumatlara əsaslanan idarəetmə anlayışı yaratmaq üçün ən son texnologiyaları istifadə edir  məhsullarımıza daxil edirik. Müştərilərimizlə və digər tərəfdaşlarımızla adətən iş ortağı kimiyik. Daha çox edə bilmək üçün bir çox çətinliklərin öhdəsindən gəldik və sərmayə qoyduq. Yerli və Milli Rəqabətədavamlı məhsullar hazırladıq. Türkiyədəki təcrübəmizi daha çox xarici bazarlara çıxarmaq istəyirik.” şəkilində çıxışını tamamladı.







AKGÜN Səhiyyənin  Yol Xəritəsini Müəyyən Edir

AKGÜN İdarə Heyəti Sədrinin Müavini Cənab Ahmet Hamdi ATALAY 18 Noyabr 2021-ci il tarixində "Pandemiyadan Sonra Səhiyyə İdarə Edilməsinin Yol Xəritəsi" mövzusunda paneldə məruzəçi kimi iştirak etmişdir.

Paneldə Cənab Ahmet Hamdi ATALAY çıxışına AKGÜN Texnologiyası haqqında başladı. Cənab. ATALAY, "Əsas diqqətimizin səhiyyə sektoru olduğunu bildirirək çox danışılan və bundan sonra daha çox danışılacaq süni intellekt mövzusunda hazırlanmış,kommersiyalaşmış və bu sahədə istifadə edilən məhsullarımız olduğunu” vurğuladı.

Cənab. İdarə Heyətinin Sədr Müavinimiz “Dünyada yaşayan 8 milyard insanın 5,2 milyardı mobil texnologiyalardan istifadə edir. Yəni cibində mobil telefon gəzdirən adam deməkdir. Bu rəqəm dünyada dişlərini fırçalayan insanlardan daha çoxdur. Həyata keçirəcəyimiz yol xəritəsini bu gerçəkliyi bilərək və görərək yaratmalıyıq.” şəklində qeyd etdi.

Cənab. Ahmet Hamdi ATALAY səhiyyədə texnologiyanın istifadəsindəki yeni tendensiyanın “xəstəxana” fokuslu anlayışdan “xəstə” fokuslu anlayışa keçdiyini bildirdi. Cənab ATALAY səhiyyə məsələsinə təsir edə biləcək tendensiyalarla bağlı “Səhiyyədə rəqəmsal transformasiya bütün ölkələr üçün başlamışdır. Əvvəlcə rəqəmsallaşırıq, sonra rəqəmsal transformasiyanı həyata keçiririk” deyərək səhiyyədə rəqəmsallaşmanın “seçim” etməkdən çıxıb  “məcburiyyətə” çevrildiyini vurğuladı. Cənab. İdarə Heyətinin Sədr Müavinimiz “Rəqəmsal Transformasiya” deyəndə düşüncələrin və biznes modellərin dəyişməsi lazımdır. Burada da insan amili önə çıxır. Biz bəlkə də  bundan sonra bu mərhələndə çətinliklə qarşılaşacağıq. İnfrastrukturlarımız mövcud olmaqla, proseslərimizi və sistemlərimizi elektronlaşdırdıq, amma İNSAN amili dediyimiz amili bundan sonra üzərində  yol xəritəsi olaraq ən önə almalı olduğumuz amildir.” qeyd etdi.