22 Yanvar 2017 - Bazar


PREZİDENT RECEP TAYYİP ERDOĞAN “14 İLLİK XƏYALIMDI” DEDİYİ ŞƏHƏR XƏSTƏXANALARININ BİRİNCİSİ OLAN ‘YOZGAT ŞƏHƏR XƏSTƏXANASI’, XƏSTƏ QƏBULUNA BAŞLADI.

Türkiyənin səhiyyə sektorunda bugünə qədər gerçəkləştirdiyi ən böyük proqram olarak adlandırılan Səhiyyə Transformasiya Proqramı çərçivəsində həyata keçirilən, ölkəmizi çox sayda modern xəstəxanaya qovuşduracaq “İctimai Özəl Tərəfdaşlıq” (PPP-PublicPrivatePartnership) layihələr çərçivəsində, Ölkənin ilk şəhər xəstəxanası 475 yataqlı ‘YOZGAT ŞƏHƏR XƏSTƏXANASI’ 16 yanvar 2017-ci ildə xəstələrin tam qəbuluna başladı.

Daxilində 113 poliklinika, 15 əməliyyatxana otağı, təcili yardım, reanimasiya şöbəsi, angio, kimyaterpiya, endoskopiya, nüvə müalicə şöbələri, fizyoterapiya ve hemodiyaliz mərkəzi, radyologiya şöbəsi və qabaqcıl səviyyə patologiya bölümü olan Yozgat Şəhər Xəstəxanası, tam tutumu ilə çalışmağa başladığında, Yozgat şəhəri və ətrafının səhiyyə xidməti ehtiyyacını ən müasir şərtlərlə qarşılayacaq bir avadanlığa sahibdir.

AKGÜN Yazılım; Yozgat Şəhər Xəstəxanasının Xəstəxana Məlumat və İdarəetmə Sistemi xidmətlərini idarə edəcək. AKGÜN Yazılım olaraq  ölkəmiz üçün sözün əsl mənasında həyati bir əhəmiyyətə sahib bu layihədə teknologiyamızla aktiv şəkildə yer almaqdayıq. Qurduğumuz infrastruktur sayesinde xəstəxanalar artıq rəqəmsal şəxsiyyətə sahib olacaqlar. Xəstəxanalarda bu rəqəmsallaşma ilə xəstənin sağlamlığı haqqında bütün məlumatlar düzgün və dəqiq şəkildə yazıla bilər və bir toxunuşla əldə edilə bilər Beləliklə, xəstələrin diaqnoz və müalicə prosesi sürətləndirilir, səhiyyə işçilərinin həyatı asanlaşdırılacaq.